Nadir Qafarzadə deputat olmaq istəyir? - Özü açıqladı

Nadir Qafarzadə deputat olmaq istəyir? -  Özü açıqladı
28 İyn 2024 16:45

Sentyabrın 1-də Azərbaycanda parlament seçkiləridir. Siyasi arenada yaranan fəallaşma artıq cəmiyyətin ayrı-ayrı sahələrində də özünü göstərir. Tanınmış şəxslər-ekspertlər, politoloqlarla yanaşı sənət adamları da Milli Məclisə namizədliyini irəli sürmək, bu seçki prosesində özünü sınamaq istədiyini açıqlayıb.

Sosial şəbəkələrdə müğənni Nadir Qafarzadənin də deputatlığa namizəd olacağı ilə bağlı məlumatlar yayılır. Müğənni Qaynarinfo-ya açıqlamasında siyasətçi olmaq istəmədiyini deyib:

"Müğənniyəm, xalqımı, dövlətimi sevə bilərəm, amma siyasətçi ola bilmərəm. Neytral bir insanam. Dövlətin işinə qarışan deyiləm, bacarmaram. Siyasət böyük məsələdir. Siyasəti öyrənmək də istəmirəm”. 

N.Qafarzadə xalqın yaddaşında müğənni kimi qalmaq istədiyini vurğualyıb:

"Sabah ola bilər ki, mənim yalnış fikirim, hərəkətim illər boyu yığdığım hörmətimi bir anda gözdən salar. Parlamentdə hansısa səhv hərəkətim, yaxud da fikirim illərlə cəkdiyim zəhməti yerlə-yeksan edə bilər. Öz yerimdə mənə daha rahatdır. Hər kəs öz işi ilə məşğul olsa yaxşıdır”. 

Nadir Qafarzadə Xalq artisti Şəfiqə Məmmədova, Zeynəb Xanlarova, mərhum Amaliya Pənahovaya  da söz atıb:

"Parlamentdə həm aktisa olub, həm də müğənni. Onlar neyləyib ki, biz də nəsə edək. Mən artıq kreslo tutanlardan deyiləm. O kreslonun öz adamları var, mənim isə öz dünyam var”.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər