Lahıc-Dəmirçi-Şamaxı yolunda çat və yarğan yarandı

Lahıc-Dəmirçi-Şamaxı yolunda çat və yarğan yarandı
28 İyn 2024 16:37

Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolu yararsız hala düşüb.

News365.az APA-ya istinadən bildirir ki, aramsız yağan yağışlardan sonra yolda çökmələr yaranıb. Yolda bəzi yerlərdə 50-60 santimetr dərinliyində çatlar əmələ gəlib.

Bundan əlavə, yolda yarganlar yaranıb. Yarğanların ümumi sayı 30-a yaxındır. Ən təhlükəli hal yolun Lahıc qəsəbəsinə çatan hissəsində müşahidə olunur. Ərazidə çökmənin sayı çox olduğundan təhlükəli vəziyyət yaranıb.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər