Moldovanın “Purcari Wineries” şirkəti Qarabağda şərab zavodu açmaq istəyir

Moldovanın “Purcari Wineries” şirkəti Qarabağda şərab zavodu açmaq istəyir
28 İyn 2024 18:15

Moldova şirkəti ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində şərab zavodunun fəaliyyətinin təşkili imkanları müzakirə edilib.

 İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun Şuşada “Purcari Wineries” şirkətinin baş icraçı direktoru Viktor Bostanla keçirdiyi görüşdə aparılıb.

Bildirilir ki, Azərbaycan və Moldova arasında münasibətlər inkişaf edir, iqtisadi gündəlik genişlənir. Görüşdə Moldova ilə iqtisadiyyatın bir çox sahələri, o cümlədən aqrar istiqamətlər üzrə tərəfdaşlığa dair mövcud potensial qeyd olunub, işğaldan azad olunmuş ərazilərimizdəki biznes layihələrində Moldova şirkətlərinin iştirakı imkanları diqqətə çatdırılıb.

Tərəflər işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq üçün yaradılmış şərait, potensial əməkdaşlıq və şərab zavodunun fəaliyyətinin təşkili imkanları barədə fikir mübadiləsi aparıblar.

Görüşdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov da iştirak edib.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər