Avstraliya vətəndaşlarına Livan xəbərdarlığı edib

Avstraliya vətəndaşlarına  Livan xəbərdarlığı edib
28 İyn 2024 17:43

Avstraliya vətəndaşlarına Livana səyahət etməmək barədə xəbərdarlıq edib.

News365.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə Avstraliyanın xarici işlər naziri Penny Vong "X" sosial media hesabında paylaşım edib.

O, İsrail-Livan sərhədində artan gərginliyə görə Avstraliya vətəndaşlarını Livana getməməyə çağırıb:

"Livandakı avstraliyalılar kommersiya uçuşları mövcud olduğu müddətdə ölkəni tərk etməlidirlər". 

Qeyd edək ki, ABŞ, Rusiya, Makedoniya, Kanada, Küveyt, İrlandiya, Almaniya və Hollandiya da öz vətəndaşlarına Livana getməmək barədə xəbərdarlıq edib.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər