“Zelenski də, Tramp da Rusiyanın işğal etdiyi əraziləri tərk etməyəcəyini bilir”.
Politoloq Elşad Həsənov News365.az-a bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski hər zaman ölkə ərazilərindən imtina etməyəcəyini bəyan etsə də, reallıqda Rusiya müəyyən bölgələri işğal altında saxlayır.
Onun sözlərinə görə, Rusiya həmin ərazilərdə milyonlarla insanın yaşayışını təmin edib və hazırkı mərhələdə bu bölgələr Ukrayna üçün düşmən mövqeyində deyil. “Əgər danışıqlar yolu ilə torpaqların geri qaytarılması mümkün olsa, Rusiyanın işğal etdiyi əraziləri əlində saxlama ehtimalı da var. Bu halda həmin torpaqlara nəzarət etmək üçün yeni beynəlxalq qurum yaradıla bilər,” – deyə politoloq qeyd edib.
Elşad Həsənov vurğulayıb ki, Rusiyanın işğal etdiyi ərazilərdən könüllü şəkildə çıxması real görünmür: “Bu gerçəyi həm Zelenski, həm də Tramp yaxşı anlayır.”
News365.az