Ukrayna Prezidenti Volodimir Zelenskinin yaxın vaxtlarda Azərbaycana səfər edəcəyi ehtimal olunur.
News365.az xəbər verir ki, bu barədə Ukraynanın “Suspilne” nəşri öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilir ki, Zelenskinin səfər planlarına həmçinin Səudiyyə Ərəbistanını ziyarət etmək də daxildir.
Məlumata görə, Ukrayna lideri ötən gün Kiprə səfər edərək Avropa Şurasının qeyri-rəsmi görüşündə iştirak edib.
Xatırladaq ki, sonuncu dəfə Volodimir Zelenski 2019-cu ilin dekabrında Azərbaycana rəsmi səfər etmişdi./Modern.az