İyunun 10-da
saat 14:00-da Azərbaycan Yazıçılar İttifaqının “Natavan” klubunda tanınmış şair
Avdı Qoşqarın yeni “İlahi pıçıltılar” kitabının təqdimatı olacaq.
Qeyd edək
ki, Avdı Qoşqar səksəninci illərdə ədəbiyyata gəlib. İlk şeirlərindən ədəbi
camiənın baxışını özünə cəlb eləyə bilib.
Şeirdə, sənətdə
öz yolunu , öz izini yaradanlardandı.
"İlahi
pıçıltılar " şairim oxucularla onuncu görüşüdü.
Şeirlərindəki
dərin ictimai - fəlsəfi məna özünün həyata,
sənətə baxışından su içir.
İnanırıq ki
, şairin yeni kitabı özünü dərk eləyən oxucular tərəfindən maraqla qarşılanacaq
.
Qeyd edək
ki, bu gün Avdı Qoşqarın doğum günüdür.
Bu münasibətlə
onu təbrik edir, can sağlığı və yaradıcılıq uğurları arzulayırıq!
News365.az