İsrailin mərkəzində baş verən silahlı hücum ölkədə ciddi təhlükəsizlik tədbirlərinin görülməsinə səbəb olub. Şaron bölgəsində bir neçə nöqtədə eyni vaxtda həyata keçirildiyi bildirilən hücum nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
News365.az xəbər verir ki, hadisədən dərhal sonra İsrail polisi və hərbi qüvvələri Kohav Yair, Tsur İshak və Tsur Natan yaşayış məntəqələrində genişmiqyaslı əməliyyata başlayıb. Əraziyə əlavə qüvvələr cəlb olunub, həm qurudan, həm də havadan axtarış tədbirləri aparılır.
İlkin məlumata görə, təhlükəsizlik qüvvələri hücumda iştirak etdiyi ehtimal olunan iki silahlı şəxsi zərərsizləşdirib. Bununla belə, hadisədə başqa şəxslərin də iştirak edib-etmədiyini müəyyənləşdirmək üçün əməliyyatlar davam etdirilir.
Rəsmilər Tsur Natan və ətraf yaşayış məntəqələrinin sakinlərinə evlərindən çıxmamaq barədə xəbərdarlıq edib. Hücumun bütün təfərrüatlarının araşdırıldığı bildirilir.
News365.az