Ağdaş şəhərində bıçaqlanma hadisəsi baş verib.
News365.az-ın məlumatına görə, 17 yaşlı E.Allahverdiyev aralarında yaranmış mübahisə zəminində 36 yaşlı Davud Muxtarova bıçaqla xəsarət yetirib.
Hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.