Zəfər Günü münasibətilə Azərbaycan vətəndaşlarına 100 manat məbləğində pul mükafatı veriləcəyi barədə sosial şəbəkələrdə və “WhatsApp” vasitəsilə yayılan məlumat həqiqəti əks etdirmir.
Paylaşımlarda Prezident İlham Əliyevin bütün Azərbaycan vətəndaşlarına 100 manat məbləğində mükafat verilməsini təsdiqlədiyi iddia olunur. Həmçinin vətəndaşlara vəsaiti əldə etmək üçün şübhəli internet keçidinə daxil olmaq təklif edilir.
Lakin bu məlumatın rəsmi təsdiqi yoxdur. Belə bir ödənişlə bağlı dövlət qurumları tərəfindən rəsmi açıqlama yayılmayıb.
Vətəndaşlara tövsiyə olunur ki, bu cür mesajlara etibar etməsin, təqdim olunan şübhəli keçidlərə daxil olmasın və şəxsi məlumatlarını, bank kartı rekvizitlərini paylaşmasın.
Belə paylaşımlar dələduzluq məqsədi daşıya bilər.
News365.az