Ərdoğanın Şuşa haqqında söylədiyi şeirin müəllifi kimdir?

Ərdoğanın Şuşa haqqında söylədiyi şeirin müəllifi kimdir?
10:35

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı zamanı səsləndirdiyi, Şuşaya həsr olunan şeirin müəllifi maraq doğurub.

Bu barədə yazıçı, Azərbaycan Yazıçılar Birliyinin sədri Rəşad Məcid sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, Ərdoğan çıxışının sonunda Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin məşhur şeirindən bir bənd söyləyib. Çıxışının əvvəlində isə Şuşanın vəsfinə həsr olunmuş başqa bir şeirdən misal gətirib.

Rəşad Məcid həmin misraların müəllifini müəyyənləşdirə bilmədiyini qeyd edərək, ictimaiyyətə müraciət edib:

“Dilimizdə işlənən ən əziz bir söz kimi,
Canımızı isidən ocaq kimi, köz kimi.
Ən qoxulu güllərlə dəmətlənən Şuşamız”.

O, bu misraların müəllifinin kim olduğunu öyrənmək üçün oxuculardan kömək istəyib.

Şeirin müəllifinin kimliyi hələlik məlum deyil.


Sizin reklam burada
Sizin reklam burada