Azərbaycan-Türkiyə qardaşlığı gələcəyə hesablanmış strateji birlikdir

Azərbaycan-Türkiyə qardaşlığı gələcəyə hesablanmış strateji birlikdir
17:21
"Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dinidəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlıolan iki dost və qardaş ölkədir. “Bir millət, iki dövlət” prinsipi bu münasibətlərintəməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyada dövlətlərarasıəməkdaşlığın, səmimi tərəfdaşlığın və qarşılıqlı dəstəyin bariz nümunəsinəçevrilib. Hər iki xalq ortaq soy-kökə, bənzər adət-ənənələrə və milli-mənəviirsə malik olmaqla yanaşı, zamanın sınaqlarından çıxaraq dostluq vəqardaşlıq münasibətlərini bu gün də eyni sədaqətlə yaşatmaqda davam edir".
Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki,  Azərbaycan və Türkiyə geosiyasi baxımdan mühüm regionlarda yerləşməklə regional və qlobal təhlükəsizlik, enerji layihələri vəiqtisadi əməkdaşlıq sahələrində strateji tərəfdaş kimi çıxış edir. Eyni zamanda, hər iki dövlət Türk dünyasında birliyin və həmrəyliyin möhkəmləndirilməsindəfəal rol oynayır, ortaq layihələr və təşəbbüslərlə bu birliyin gələcək inkişafınatöhfə verir.
Millət vəkilinin sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vəxanımı Əminə Ərdoğanın 8 Noyabr – Zəfər Gününün altıncı ildönümündəQarabağa səfəri Azərbaycan-Türkiyə münasibətlərinin strateji mahiyyətininümayiş etdirən mühüm siyasi və diplomatik hadisədir. Bu səfər təkcə iki ölkəarasında qardaşlıq münasibətlərinin ifadəsi deyil, həm də Cənubi Qafqazıngələcək geosiyasi mənzərəsinə ünvanlanan mühüm mesajdır.

Samir Vəliyevin fikrincə, səfərin məhz Şuşada və Zəfər Günündə keçirilməsixüsusi rəmzi məna daşıyır: "Şuşa Azərbaycan xalqının tarixi yaddaşının, milliiradəsinin və Zəfərinin simvoludur. Türkiyə Prezidentinin bu əlamətdar gündəAzərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Qarabağda olması rəsmiAnkaranın Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və milli maraqlarınaverdiyi dəstəyin növbəti təzahürüdür. Eyni zamanda, bu, 2021-ci ildəimzalanmış Şuşa Bəyannaməsinin ruhuna və strateji müttəfiqlik prinsipinəsadiqliyin nümayişidir".

Onun sözlərinə görə, digər mühüm amil Azərbaycan-Türkiyə münasibətlərininyalnız siyasi və diplomatik müstəvidə deyil, müdafiə, təhlükəsizlik, iqtisadiyyat, enerji, nəqliyyat və regional kommunikasiya sahələrində dədərinləşdirilməsidir. Hesab edirəm ki, bu səfər iki ölkə arasında mövcudəməkdaşlığın yeni mərhələyə yüksəldilməsi üçün əlavə imkanlar yaradacaq.Xüsusilə hərbi-texniki əməkdaşlığın genişləndirilməsi, müdafiə sənayesisahəsində birgə layihələrin həyata keçirilməsi və enerji təhlükəsizliyiməsələlərində koordinasiyanın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Deputat diqqətə çatdırıb ki, Prezident Ərdoğan Zəfər Günü münasibətiləünvanladığı təbrikdə də Şuşa Bəyannaməsinə, «Bir millət, iki dövlət» prinsipinə və Cənubi Qafqazın əməkdaşlıq məkanına çevrilməsinin vacibliyinəxüsusi diqqət yetirib. Bu, səfərin siyasi mahiyyətini daha aydın ifadə edir.

"Prezident Ərdoğanın Şuşaya səfərini Azərbaycan-Türkiyə stratejimüttəfiqliyinin sarsılmazlığını təsdiqləyən, regionda yeni geosiyasi vəgeoiqtisadi imkanların formalaşmasına dəstək verən mühüm hadisə hesabedirəm. Bu səfər göstərir ki, Azərbaycan və Türkiyə yalnız keçmişin ortaqtarixi və qələbələri ilə deyil, həm də gələcəyə dair ortaq strateji baxışları iləbir-birinə bağlıdır" - deyən Samir Vəliyev əlavə edib ki, Azərbaycan və Türkiyəarasındakı münasibətlər bu gün təkcə dövlətlərarası əməkdaşlıq müstəvisindədeyil, xalqlar arasında da səmimi dostluq və qarşılıqlı etimada əsaslanır. Məhz bu qardaşlıq və birlik ruhu Azərbaycan ilə Türkiyəni təkcə regiondadeyil, bütün dünyada nümunəvi dövlətlərdən birinə çevirib.

Sizin reklam burada
Sizin reklam burada