Naxçıvanda yürüş baş tutdu - YENİLƏNİB

Naxçıvanda yürüş baş tutdu - YENİLƏNİB
12:42

9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Naxçıvan şəhərində hərbi yürüş keçirilib.

News365.az xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının və Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecin kursantlarının iştirakı ilə keçirilən yürüş Naxçıvan şəhərindəki Dilqəm Pişəvəri küçəsindən başlayıb.

Hərbi qulluqçular orkestrin müşayiəti ilə keçirilən yürüş şəhərinin Əziz Əliyev küçəsi və Heydər Əliyev prospektinin kəsişməsindən "Zəfər parkı"nadək davam edib.
Təşkil olunan yürüşdə hərbi vətənpərvərlik ruhunda marşlar və şüarlar səsləndirilib.

***

Naxçıvan şəhərində 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilir.

News365.az xəbər verir ki, yürüşdə Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları və Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecin kursantları iştirak edirlər.

Şəhərin Dilqəm Pişəvəri küçəsindən başlayan yürüşün Zəfər Parkında başa çatması nəzərdə tutulub.


Sizin reklam burada
Sizin reklam burada