Ukraynada yaxınlaşan qış mövsümünün ötən illə müqayisədə daha ağır humanitar nəticələrə səbəb olacağı proqnozlaşdırılır. Ölkənin müxtəlif iqtisadi sahələrinə endirilən zərbələr vəziyyəti daha da mürəkkəbləşdirə bilər.
News365.az CNN telekanalına istinadən xəbər verir ki, bu barədə münaqişələri araşdıran ACLED təşkilatının Şərqi Avropa üzrə eksperti Kristian Vlas açıqlama verib.
Onun sözlərinə görə, Ukraynanı bu qış ciddi humanitar problemlər gözləyir və vəziyyət ötən illə müqayisədə daha erkən ağırlaşa bilər.
Ekspert hesab edir ki, Rusiya Ukraynanın iqtisadi dayanıqlığını zəiflətmək məqsədilə kənd təsərrüfatı, taxıl ixracı və digər mühüm sektorlara eyni vaxtda zərbələr endirir. Bu strategiya ölkənin iqtisadiyyatına müxtəlif istiqamətlərdən təzyiq göstərir.
News365.az