Aparıcı, prodüser Tarix Əliyev (Tolik) Bakıdakı tıxaclardan şikayətlənib.
News365.az xəbər verir ki, Tolik sosial şəbəkə hesabında şəhərin mərkəzində yolların çox tıxac olmasını ilə bağlı görüntülər paylaşıb.
O bildirib ki, "Formula 1" yarışlarına görə yollar keçilməz hala gəlib:
"Formula"ya görə yollarda tıxacdır. Biabırçılıqdır. Birinci gündən işə necə gedəcəyik? Gərək alternativ yollardan istifadə edək".