Yerə yaxınlaşan asteroid izlənilir

Yerə yaxınlaşan asteroid izlənilir
13:46

“2026 JH2” adlı asteroidin Yerə yaxın keçidi ilə bağlı astronomlar yeni məlumat yayıb.

News365.az “Daily Galaxy”yə istinadən xəbər verir ki, bir neçə gün əvvəl kəşf edilən səma cismi hazırda ABŞ-dəki Mount Lemmon və Farpoint rəsədxanaları da daxil olmaqla bir sıra elmi mərkəzlər tərəfindən davamlı şəkildə izlənilir.

Mütəxəssislərin məlumatına görə, asteroid mayın 18-də axşam saatlarında Ayın yaxınlığından keçəcək və bundan bir neçə saat sonra Yer istiqamətində hərəkət edəcək. Hesablamalara əsasən, “2026 JH2” planetimizdən təxminən 90 min kilometr məsafədən ötəcək.

Alimlər bildirirlər ki, bu məsafə kosmik ölçülərdə yaxın sayılsa da, Yer üçün heç bir təhlükə yaratmır və toqquşma riski mövcud deyil.

Qeyd olunur ki, uyğun hava şəraitində asteroid həvəskar teleskoplarla da müşahidə oluna biləcək.

News365.az


Sizin reklam burada
Sizin reklam burada