Yeniyetmə qız güllələnərək öldürülüb

Yeniyetmə qız güllələnərək öldürülüb
21:00

Türkiyədə dəhşətli qətl hadisəsi baş verib. 

News365.az xarici mediaya istinadla xəbər verir ki, 15 yaşlı A.Ç. aralarında mübahisə yaranan 14 yaşlı tanışı Gizem Özdemir-i pompalı tüfənglə vurub.

Ağır yaralanan yeniyetmə dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra qaçan A.Ç. polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada