Yəmənin paytaxtı Səna yaxınlığında həyata keçirilən hava zərbələri nəticəsində azı 33 nəfər ölüb, 39 nəfər yaralanıb.
News365.az xəbər verir ki, bu barədə husilərin nəzarətində olan Səhiyyə Nazirliyinə əsasən məlumat yayıb.
Bildirilib ki, hava zərbələri Sənanın şərqində yerləşən Bəni Huşeyş bölgəsində yaşayış evlərinə endirilib. Ölənlərin əksəriyyətinin qadın və uşaqlar olduğu qeyd edilib.
Husilər hücumda Səudiyyə Ərəbistanını ittiham ediblər. Səudiyyə tərəfi isə hadisə ilə bağlı məlumatların araşdırıldığını açıqlayıb. Dağıntılar altında insanların qaldığı, xəsarət alanlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.