İsrail prezidenti hökuməti formalaşdırmağı müxalifət liderinə tapşıracaq

İsrail prezidenti hökuməti formalaşdırmağı müxalifət liderinə tapşıracaq
11:46

İsrail prezidenti İsxak Hersoq müxalifətdəki “Yaşar” partiyasının lideri Qadi Ayzenkota yeni hökuməti formalaşdırmağı tapşırmaq niyyətindədir.

Bu barədə “N12” telekanalı məlumat yayıb.
 

Bildirilib ki, Hersoq bu qərardan əvvəl Knesset deputatları ilə məsləhətləşmələr aparıb. Görüşlər zamanı Ayzenkotun namizədliyini 67 deputat, hazırkı baş nazir Benyamin Netanyahunun namizədliyini isə 47 deputat dəstəkləyib.


Mandatın Ayzenkota noyabrın 8-də, yerli vaxtla saat 17:00-da prezident iqamətgahında təqdim olunacağı gözlənilir. Ona hökuməti formalaşdırmaq üçün 28 gün vaxt veriləcək.

Oktyabrın 27-də keçirilən parlament seçkilərində heç bir siyasi blok hökuməti formalaşdırmaq üçün tələb olunan 61 mandatı qazana bilməyib. Netanyahunun bloku 53, Ayzenkotun bloku 48 mandat əldə edib. Ərəb partiyaları isə 19 yerlə təmsil olunublar.


Sizin reklam burada
Sizin reklam burada