Yavuz Bingöl səhhəti PİSLƏŞDİ

Yavuz Bingöl səhhəti PİSLƏŞDİ
14:10

Türkiyəli müğənni Yavuz Bingöl səhhətində yaranan problem səbəbindən konsertini ləğv edib.

News365.az bildirir ki, bu barədə sənətçi sosial şəbəkə hesabında yayımladığı videoda məlumat verib. O, Malatyada keçirilməsi planlaşdırılan konsertə qatıla bilməyəcəyini açıqlayıb.

"Əziz malatyalı həmyerlilərim, səhhətimlə bağlı səbəblərə görə sabahkı konsertdə iştirak edə bilməyəcəyəm. İnşallah, bunu başqa vaxt kompensasiya edəcəyik. Bazar ertəsi təcili əməliyyat olunmalıyam. Həkimim təyyarəyə minməyimə icazə vermədi. Qarşıdakı aylarda yenidən görüşmək ümidi ilə" deyə, Bingöl bildirib.

61 yaşlı sənətçi hansı sağlamlıq problemi yaşadığını və keçiriləcək əməliyyatın səbəbini açıqlamayıb.


Sizin reklam burada
Sizin reklam burada