Yaponlar buna görə göbəyə gül suyu damladırmışlar

Yaponlar buna görə göbəyə gül suyu damladırmışlar
15:49

Yapon mədəniyyətindən qaynaqlandığı iddia edilən və göbək nahiyəsinə gül suyu damlatmağa əsaslanan sadə üsul sosial şəbəkələrdə yenidən populyarlaşıb.

Kiçik bir pambıq parça gül suyu ilə ısladılaraq göbək dəliyinin üzərinə qoyulur və dərinin onu əmməsi üçün 10-15 dəqiqə gözlənilir. Əsasən duşdan dərhal sonra edilməsi tövsiyə olunan bu ritualın bədəndəki mənfi enerjini götürdüyü, enerji mərkəzlərini balanslaşdırdığı və gündəlik stressi azaltdığı iddia edilir.Mütəxəssislər bu cür üsulların heç bir elmi və ya tibbi əsası olmadığını bildirirlər. Həssas dərisi olan şəxslərin allergik reaksiyalara qarşı diqqətli olması və hər hansı sağlamlıq problemlərində həkimə müraciət etməsi vacibdir.



Sizin reklam burada
Sizin reklam burada