Yaponiyanın pul siyasətində uzun illərdən sonra ciddi dönüş baş verib. Ölkənin Mərkəzi Bankı iqtisadiyyata tətbiq etdiyi yumşaq maliyyə siyasətindən tədricən imtina edərək faiz dərəcələrində kəskin artıma gedib.
News365.az-ın “Reuters”ə istinadla yaydığı məlumata görə, Yaponiya Bankı faizləri son 30 ildə qeydə alınan ən yüksək səviyyəyə qaldırdığını açıqlayıb. Qərar illərdir davam edən geniş pul stimullaşdırması və demək olar ki, sıfır borclanma xərcləri dövrünün başa çatdığını göstərir.
Bankın açıqlamasında bildirilib ki, faizlərin artırılması əməkhaqqı artımı ilə dəstəklənən və artıq daha stabil xarakter alan inflyasiya fonunda atılan planlı addımdır. Qeyd olunub ki, bu qərar Mərkəzi Bankın 2 faiz səviyyəsində inflyasiya hədəfinə davamlı şəkildə yaxınlaşdığına və pul siyasətinin mərhələli şəkildə normallaşdırılmasına hazır olduğuna işarə edir.
News365.az