9-cu sinif şagirdi faciəvi şəkildə həlak oldu

9-cu sinif şagirdi faciəvi şəkildə həlak oldu
14:36

Bu gün Kürdəmir rayonunda dəhşətli hadisə baş verib.

News365.az-ın məlumatına  görə, rayonun mərkəzində 15 yaşlı Sərvət Nazim oğlunu cərəyan vurub.

Belə ki, Kürdəmir şəhər 1 saylı orta məktəbin 9-cu sinif şagirdi olan Sərvət dəmiryolu xəttinin dirəyinə çıxıb. Bu zaman o, ehtiyatsızlıqdan yüksəkgərginlikli elektrik xəttinə toxunub. Nəticədə yeniyetmə yanaraq həlak olub.

Bildirilir ki, məktəbli dərsdən evə gedərkən dostları ilə dirəyə çıxmaqla bağlı mərcləşib və bu zaman bədbəxt hadisə baş verib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada