Azərbaycan məhsullarını Ermənistana daşıyır - sülh mesajı

Azərbaycan məhsullarını Ermənistana daşıyır - sülh mesajı
15:33

Azərbaycan- Ermənistan münasibətlərində iqtisadi əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Son dövrlərdə ölkəmizdən Ermənistana məhsul daşınması və neft ixracı artaraq sülh prosesinə dəstək verir.

Milli Məclisin deputatı Naqif Həmzəyev News365.az-a açıqlamasında bildirib ki, Azərbaycan sülhün möhkəmləndirilməsinə sadiqdir və iqtisadi əməkdaşlıq bu məqsədə xidmət edir.


Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin qərarı ilə Azərbaycan ərazisindən Ermənistana məhsul daşınmasına icazə verilib. Artıq həm Qazaxdan, həm də Rusiyadan daşınan taxıl və digər məhsullar Ermənistan ərazisinə çatdırılır. Həmçinin, SOCAR tərəfindən də neft məhsulları Ermənistana göndərilməyə başlanıb və yüklərin yaxın günlərdə tam çatdırılması gözlənilir.

Naqif Həmzəyev bildirib ki, Ermənistan üçün bu məhsulların alınması xüsusilə soyuq qış ayları ərəfəsində böyük əhəmiyyət daşıyır və ölkə daxilində bu təşəbbüs Paşinyan tərəfindən də dəstəklənir.

Deputat vurğulayıb ki, iqtisadi əməkdaşlıq sülh prosesinə dəstək verir və mərhələli şəkildə xalq diplomatiyası da inkişaf edə bilər. O əlavə edib ki, Azərbaycanın əsas məqsədi Zəngəzur dəhlizinin açılması və iqtisadi əlaqələrin gücləndirilməsidir.


Sizin reklam burada
Sizin reklam burada