Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən 2025-ci il üzrə tərtib edilmiş fəaliyyət planına uyğun olaraq abadlıq işlərinin aparılması davam etdirilir.
News365.az xəbər verir ki, Şəmkir şəhər İsmət Qayıbov küçəsində (10-cu küçə) artıq işlər yekunlaşıb. Görülən işlər çərçivəsində divarların suvanması, fasadların və metal səthlərin boyanması, o cümlədən divarların aqlay materiallarla üzlənməsi həyata keçirilib.
Məlumat üçün onu da qeyd edək ki, Cahangir Əliyev (8-ci küçənin davamı) və Tofiq İsmayılov ( 9-cu küçə) küçələrində də işlər artıq yekunlaşmaq üzrədir.
Hazırda isə Rəşad Yusibov (Maşallah Marketin qarşısından 16-cı küçəyə qədər olan hissə) küçəsi, eləcə də Səməd Vurğun küçəsinin işıqfordan Yasamal aşırımlarına kimi olan hissəsində abadlıq işləri aparılır.
Layihənin növbəti mərhələsində Şəmkir şəhərinin Gədəbəy rayonu istiqamətindən girişinin abadlaşdırılması, həmçinin Mərkəzi Parkda və Xəqani İbrahimli adına parkda uşaq oyun meydançasının yaradılması, idman qurğularının yerləşdirilməsi planlaşdırılır.