ABŞ Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsindəki demokratlar pedofil maliyyəçi Ceffri Epşteynin arxivindən əldə edilən 68 fotoşəkli yayımlayıblar.
News365.az xəbər verir ki, məlumatı CBS News yayıb. Fotoların arasında Microsoft-un qurucusu və dünyanın ən varlı adamlarından biri olan Bill Geytsin gənc qadınlarla şəkilləri də var. Şəbəkənin qeyd etdiyi kimi, Geyts maliyyəçi vasitəsilə ianə toplamaq və xeyriyyə işləri üçün əlaqələr qurmaq məqsədilə Epşteynlə vaxt keçirdiyini etiraf edib.
Dərc olunmuş materiallar arasında həmçinin Ukrayna və Rusiya vətəndaşları olan qadınların pasport şəkli də var. Qadınlardan birinin bədənində Vladimir Nabokovun "Lolita" romanından sitatlar yazılıb.
Qeyd edək ki, dekabrın 12-də Nümayəndələr Palatasının Nəzarət Komitəsinin Demokrat üzvləri Epşteyn işindən 95.000 fotoşəkil aldıqlarını açıqlayıblar.