Bəzən vətəndaşların elektron sənədlərində keçmədikləri prosedurlar əks olunur. Bu isə yalnız indinin mövzusu deyil.
News365.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov jurnalistlərin suallarını cavablayarkən deyib.
Direktor bildirib ki, bu kimi hallar zaman-zaman gündəmə gəlir. Bununla bağlı məsələlər isə nəzarətdədir:
“Həkimlərimizin və yaxud tibb işçilərimizin özlərini çox ağıllı hesab etmələri nəticəsində yaranan vəziyyətdir. Ancaq bu kimi halların qarşısının alınması üçün tədbirlər görülür”.