Vətəndaşın “Arazsupermarket”dən
aldığı ərzaq məhsulunun içindən qurd çıxıb. Məhsulun istehsalçısı isə “Bolluq” şirkətidir.
İndi vətəndaş
bilmir ki, başına gələn xoşagəlməz hadisə üçün kimə müraciət etsin:
“İçində
qurd, sürfə, bit... bir sözlə, nə istəsən tapa bilərsən. Qida Təhlükəsizliyi
Agentliyi belə şeyləri görmür, yalnız sahibkarların onları "görməsini"
istəyir. "Araz" qədər murdar market tanımıram, hər zir-zibili müştərilərə
sırıyırlar. Elliklə boykot etmək gərəkdir belələrini... Hələ arsız-arsız
"Araz baba" deyib dələduz "babalarını" reklam edirlər.
"Bolluq" da cəzalandırılmalıdır, belə dələduzluğa görə...”
Təəssüflə
qeyd edək ki digər iri ticarət şəbəkələri kimi “Arazsupermarket”lər şəbəkəsi də
istehlakçı hüququnu addımbaşı pozur. Belə pozuntular arasında vaxtı keçmiş məhsullar
da, vitrindəki qiymətlə kassadakı qiymətlər arasındakı uyğunsuzluq da var.
Bu günlərdə
bir oxucu saytımıza bildirdi ki, Sumqayıt şəhəri 6-cı mikrorayondakı “Arazsupermarket”ə
girdim:
“Bir neçə mal
götürdüm. Baxdım ki, qarabaşağa 3 dəfə endirim var. 3 manat 99 qəpik olan
qarabaşaq qutusu 1 manat 30 qəpiyə düşüb. Bir qutu götürdüm. Kassada vurulan
çekə baxanda gördüm ki, məndən 3 manat 99 qəpik çıxıblar. Etirazımı bildirdim.
Əvvəlcə məni eşitmək istəmədilər. Məcburi şəkildə marketin nümayəndəsini
vitrinin yanına apardım. Əlimdəki malla vitrindəki malın eyni olduğunu görəndə
nümayəndə bildirdi ki, “işçilər səhv eləyib. Malın qiymətini düz yazmayıblar”.
Lakin mənim uzun dirənişimdən sonra etriaf etdilər ki, “qiymətdə endirim olsa
da bu sistemə oturdulmayıb. Ona görə də belə olub”.Yəni mən çekə baxmasaydım, təkcə
bir malda 2 manat itirəcəkdim”.
Göründüyü
kimi “Arazsupermarket” şəbəkəsində hərə bir cür incidilir. Kimsə haqqını tələb
edəndə əvvəlcə onu susdurmağa çalışırlar. İş ciddiləşəndə isə deyirlər ki, “şikayət
etsəniz satıcını işdən çıxardacaqlar. O da yazıqdır, balası var”.
Yəni pul
üçün “Arazsupermarket”lər şəbəkəsi lazım gələndə insanların heysiyyatı ilə də
oynayırlar. Bu isə nə əxlaqa, nə də ki, qanuna sığmır.
News365.az