Tramp 900 milyard dollarlıq Milli Müdafiə Aktını imzalayıb.
News365.az xəbər verir ki, ABŞ-nin prezidenti Donald Tramp 900 milyard dollar həcmində Milli Müdafiə Səlahiyyətləri Aktını (National Defense Authorization Act – NDAA) imzalayaraq qanuna çevirib.
Sənəd ABŞ-ın müdafiə xərclərini, hərbi proqramların maliyyələşdirilməsini və milli təhlükəsizliklə bağlı bir sıra prioritetləri əhatə edir.
Qanun ABŞ ordusunun fəaliyyəti üçün növbəti dövr üzrə əsas maliyyə və hüquqi çərçivəni müəyyənləşdirir.