Yaponiyada qayıq batdı - iki nəfər öldü

Yaponiyada qayıq batdı - iki nəfər öldü
17:33

Yaponiyada baş verən qayıq qəzası faciə ilə nəticələnib.   

News365.az-ın məlumatına görə, Naqato şəhərindən yola çıxan qayıq təyin olunmuş vaxtda geri qayıtmayıb. 

Hadisədən sonra bölgəyə sövq edilən axtarış-xilasetmə qrupları batmış qayığı aşkarlayıb.  Qəza nəticəsində qayıqda olan iki nəfərin həyatını itirdiyi bildirilib. 

 Qəzaya nə səbəb olduğu barədə araşdırmalar davam etdirilir. 


Sizin reklam burada
Sizin reklam burada