Yaponiyada nəsli kəsilmək təhlükəsi ilə üz-üzə olan pinqvin növünün balası dünyada ilk dəfə süni üsulla yetişdirilib.
News365.az "Nikkei"yə istinadən xəbər verir ki, bu uğura Yaponiyanın Vakayama prefekturasında yerləşən Adventure World Zooparkının mütəxəssisləri nail olublar.
Mütəxəssislərin sözlərinə görə, son onilliklərdə iqlim dəyişikliyinin təsiri ilə qaya pinqvinlərinin sayı əhəmiyyətli dərəcədə azalıb. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) Qırmızı Siyahısında yer alan bu növ nəsli kəsilmək təhlükəsi ilə üzləşən canlılar sırasındadır. Hazırda dünyada onların təxminən 400 min yetkin fərdinin olduğu ehtimal edilir.
Zoopark rəhbərliyi balanın böyüyərək müstəqil həyata uyğunlaşmasından sonra onu ziyarətçilərə təqdim etməyi planlaşdırır.
News365.az