Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında saziş ratifikasiya edilib.
News365.az xəbər verir ki, bununla bağlı Milli Məclisin (MM) bugünkü plenar iclasında"Azərbaycan Respublikasının Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə "ExxonMobil Exploration & Production Azerbaijan Limited" şirkəti və "Middle Kura" MMC arasında Saziş"in qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Bildirilib ki, 2026-cı il sentyabrın 26-da Bakı şəhərində imzalanmış sazişin əsas mətninə edilmiş 12 əlavə qəbul və təsdiq edilib və onların həyata keçirilməsinə icazə verilib.
Sazişdən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Sazişin iştirakçılarına bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və icazələr Sazişdə və Azərbaycanın müvafiq normativ hüquqi aktlarında müəyyən edilmiş qaydada və şərtlərlə verilir.
Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.