İnfarkt keçirərkən yıxıldı - Xəstəxanaya aparılanda öldü

İnfarkt keçirərkən yıxıldı - Xəstəxanaya aparılanda öldü
13:40

Saatlı rayonunda 68 yaşlı kişi xəstəxanaya aparılarkən vəfat edib.

News365.az xəbər verir ki, noyabrın 26-sı saat 05 radələrində Bakı şəhər sakini 1958-ci il təvəllüdlü Əlqəmzə İslam oğlu İbrahimov yaşadığı Mircəlalkənd kəndindəki evdə infarkt keçirib və yıxılarkən baş nahiyəsindən xəsarət alıb.

Ə.İbrahimov qohumları tərəfindən xəstəxanaya aparılarkən yolda ölüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.


Sizin reklam burada
Sizin reklam burada