Yanacaq xərclərini 2 dəfə artıran səhv!

Yanacaq xərclərini 2 dəfə artıran səhv!
18:00

Yay ayları gəldikdə, isti günəş, açıq yollar və tətil planları hamımızı həyəcanlandırır.

Amma bu gözəl mövsüm avtomobil sahibləri üçün bəzi tələləri də özü ilə gətirir.

Avtomobil mütəxəssislərinin bəzi xəbərdarlıqları təqdim edilir:
 

Fərqində olmadan etdiyimiz sadə səhvlər həm cibimizi yandırır, həm də avtomobilimizin ömrünü qısaldır. Avtomobil ekspertlərinin tez-tez vurğuladığı "10 dəqiqə qaydası" isə həm yanacaq qənaəti təmin edir, həm də maşının sağlamlığını qoruyur.


İsti havalarda tıxacda dayananda və ya kimisə gözləyərkən mühərriki açıq saxlamaq sadə görünə bilər. Lakin mühərrikin boşda işləməsi, xüsusən kondisioner açıq olduqda, yanacaq sərfiyyatını su kimi artırır. Mütəxəssislər deyir ki, bu vərdiş israf gətirir, qənaət yox.
 

10 dəqiqəlik dayanma zamanı mühərriki açıq saxlamaq avtomobilinizin litr-litr yanacağı boş yerə sərf etməsinə səbəb ola bilər.


Kondisioner kompressoru mühərrik boşda işləyərkən fasiləsiz işləyir və mühərrikə əlavə yük düşür. Bu, xüsusən şəhər içi sıx tıxacda mühərrikin daha çox aşınmasına gətirib çıxarır.
 

Nə etməli? Qısa müddətli dayanma varsa, kondisioneri söndürüb pəncərələri bir az aralamaq yaxşı fikirdir. Uzun müddətli dayanmalarda isə mühərriki tamamilə söndürmək ən ağıllı həll yoludur.


Çoxumuz isti havada sərinləmək üçün pəncərələri açıb sürməyə davam edirik.

Amma bu vərdiş düşündüyünüzdən daha böyük problem yarada bilər.

Açıq pəncərələr avtomobilin aerodinamik quruluşunu pozur, hava müqavimətini artırır.
 

Bu da mühərrikin daha çox işləməsinə və nəticədə yanacağın daha çox sərf olunmasına səbəb olur.Əvəzinə, aşağı sürətlərdə pəncərələri azca aralamaq, yüksək sürətlərdə isə kondisioneri aşağı səviyyədə işlətmək daha səmərəlidir.


Mütəxəssislər bildirir ki, əgər 10 dəqiqədən çox bir yerdə dayanacaqsınızsa, mühərriki söndürməyinizi qəti şəkildə tövsiyə edirlər.

Bu sadə qayda təkcə yanacaq qənaəti təmin etmir, həm də mühərrikin həddindən artıq qızmasının qarşısını alır və uzunmüddətli istifadə ömrünü uzadır.


Sizin reklam burada
Sizin reklam burada