Xruşşovun nəticəsi casusluq iddiası üzrə yoxlanılacaq

Xruşşovun nəticəsi casusluq iddiası üzrə yoxlanılacaq
14:29

“Zov naroda” hərəkatı Nikita Xruşşovun nəticəsi Ninanın "Yeltsin Mərkəzində" planlaşdırdığı mühazirəsinə görə casusluq üzrə yoxlanılmasını tələb edib. Bu barədə Life SHOT Telegram kanalına istinadən məlumat yayıb.

Məşhur siyasətçinin qohumunun ictimai mövqeyinə görə Rusiya Federasiyasının Baş Prokurorluğuna və Ədliyyə Nazirliyinə tələblər göndərilib ki, o, yoxlanılsın. Qadın Ukraynada Rusiyanın apardığı hərbi əməliyyatları pisləyir və tez-tez Rusiya Federasiyasının mümkün süqutunu ətraflı şəkildə müzakirə edir. Onlar qadını Rusiya Federasiyasının ərazi bütövlüyünə qəsddə ittiham etməyə, xarici agent kimi tanınmağa və noyabrın 26-da Yeltsin Mərkəzində ulu babası haqqında kitabının təqdimatını ləğv etməyə çağırıblar.

Qeyd edək ki, Nina Xruşşova hazırda ABŞ-də yaşayır. O, Nyu-Yorkdakı New School-da professor işləyir və beynəlxalq media, təbliğat və Rusiya tarixi üzrə kurslar tədris edir.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər