Səmada peyda olan qəribə işıqlar rusları təşvişə saldı

Səmada peyda olan qəribə işıqlar rusları təşvişə saldı
14:42

Rusiyada maraqlı hadisə baş verib. Ötən həftənin sonunda Rusiya sakinləri Çelyabinsk vilayəti üzərində səmada qəribə işıqlar görüblər.  74.ru-nun yaydığı məlumata görə, ruslar bu işıqları  “Oreşnik” orta mənzilli ballistik raketi ilə səhv salıblar. 

Nəşr yazıb ki, sayrışan işıqlar Çelyabinsk, Ozersk, Zlatoust və regionun digər şəhərlərində görünüb. Yerli sakinlər hadisəni lentə alaraq sosial şəbəkələrdə yerləşdiriblər. İşıqların mənşəyinin əsas versiyaları arasında Starlink peykləri, döyüş təyyarələri və "Oreşnik" də olub.

Sakinlərdən biri sosial şəbəkələrdə "Görünür, yeni "Oreşnik" raketidir, uçur. Digər qruplarda sınaq buraxılışının başlanması barədə məlumatlar gördüm" yazıb.

Lakin səmadakı işıqların Beynəlxalq Kosmik Stansiya (MKS-ISS) olması ortaya çıxıb. ISS-nin saytında qurğunun həmin vaxt Çelyabinsk bölgəsi üzərindən uçmasına dair bir cədvəl var. Belə ki, stansiyanı noyabrın 24-də yerli vaxtla saat 18:39-da görmək mümkün olub. Stansiya növbəti dəfə Rusiya regionu üzərindən 25 noyabr saat 17:51 və 19:28-də uçacaq.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər