Ukrayna Silahlı Qüvvələrinin (VSU) hərbi qulluqçuları qondarma Donetsk Xalq Respublikasının Çasov Yar bölgəsində onlarla həmkarlarının cəsədini tərk edilmiş mövqelərdə və istehkamlarda qoyub gediblər. Bu barədə Rusiya mediası hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Agentliyin həmsöhbəti bildirib ki, bəzi yerlərdə ukraynalı hərbçilər hətta özlərindən sonra kortəbii meyitxanalar da qoyublar. İddia olunur ki, çoxdan ölmüş əsgərlərin cəsədlərini dağıdılmış binalara sürükləyiblər.
Təhlükəsizlik qüvvələri əlavə ediblər ki, bu yerlərin bəziləri geri çəkilmə zamanı Ukrayna Silahlı Qüvvələri tərəfindən partladılıb.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural