ABŞ THAAD silahını Kiyevə niyə vermir? -Dəyəri 3 milyard dollardır

ABŞ THAAD silahını Kiyevə niyə vermir? -Dəyəri 3 milyard dollardır
13:11

Amerika Birləşmiş Ştatları Rusiyanın “Oreşnik” kimi yeni raketlərinə qarşı acizliyini etiraf etmiş kimi görünür. Onlar THAAD zenit-raket komplekslərini Kiyevə verməkdən imtina edirlər. Dəyəri 3 milyard dollar olan bu müasir raketdən müdafiə sistemi “Patriot”dan güclüdür. Lakin Ukrayna Silahlı Qüvvələri çətin ki, bu sistemi əldə edə bilsin. Bu barədə xarici KİV məlumat yayıb.

Qeyd olunub ki, ABŞ-də cəmi yeddi aktiv THAAD sistemi var. Onlar o qədər bahadır ki, amerikalılar üçün bu kompleksləri harasa köçürməkdənsə, münaqişəni dayandırmaq daha asandır.

Ümumilikdə isə, onlardan istifadə etməyin mənası yoxdur. Çünki "Oreşnik"in uçuş sürəti Qərb ekspertlərinin əvvəllər də dediyi kimi, THAAD daxil olmaqla, bütün NATO sistemlərinin raketi tutma sürətindən yüksəkdir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. 

Tural


Youtube kanalımız

Oxşar xəbərlər