Sənədsiz evlər məsələsi sürətləndirilməli və həllini tapmalıdır

Sənədsiz evlər məsələsi sürətləndirilməli və həllini tapmalıdır
16:16

“Bu dövlət büdcəsi dövlətimiz və xalqımız üçün xeyirli-uğurlu olsun. Bu dövlət büdcəsinə hamılıqla səs verməliyik və dəstəkləməliyik”. 

News365.az-ın məlumatına görə, bunu Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov 2025-ci ilin dövlət büdcəsini müzakirə edərkən deyib. 

O bildirib ki, 30 il işğaldan əziyyət çəkən, 1 milyon qaçqın-köçkünün problemlərinin həlli ilə məşğul olan, bu gün Qarabağı yenidən tikən, 1 milyon minanın təmizlənməsi ilə məşğul olan Azərbaycanı hansısa Avropa ölkəsi ilə müqayisə etmək düzgün deyil. 

Siyavuş Novruzov qeyd edib ki, Azərbaycanın Cənubi Qafqazın digər respublikaları ilə müqayisəsini də düzgün saymır, çünki ölkəmiz onlardan çox irəlidədir. 

S. Novruzov bir sıra vacib təkliflərini səsləndirib.

Bildirib ki, bu gün ölkəmizdə 26 siyasi partiya qeydiyyatdan keçib: 

“Keçmişdə 11 siyasi partiyaya vəsait ayrılırdısa, indi 25 partiyaya ayrılır. Bu vəsaitin bir az artması məqsədəuyğundur”. 

Komitə sədri sənədsiz evlərlə bağlı məsələ qaldırıb. 

Rəhbərlik etdiyi Regional məsələlər komitəsi adından da danışan Siyavuş Novruzov bildirib ki, evlər sənədləşdirilərsə, onlar bələdiyyələrə vergi verəcək. Həmçinin insanlar o mənzilləri satıb başqa yerlərdə mənzil tikmək imkanı qazanacaqlar, evləri banka girov kimi qoyub, kredit götürə bilərlər: 

“Sənədsiz evlər məsələsi sürətləndirilməli və bu məsələ həllini tapmalıdır”. 

Komitə rəhbəri deyib ki, torpaqların kateqoriyasının dəyişməsi problemə çevrilib:  “Vətəndaş bunun üçün 6 nazirlikdən icazə almalı və axırda da baş nazir qol çəkməlidir”.  Siyavuş Novruzov Naxçıvan Muxtar Respubliasının iqliminin sərt olduğunu söyləyib, həlli vacib problemə diqqət çəkib:  “Burada qış uzun olur və həm də 40 dərəcə şaxta olur. Ona görə də qaz limiti qalacaqsa, Naxçıvanda limitin artırılmasına ehtiyac var. Təklif edirəm ki, Naxçıvana ayrılan vəsait ilə görə yox, layihəyə görə verilsin. Çünki çatdırmaq olmur”.


Youtube kanalımız

Oxşar xəbərlər