Kuçmanın keçmiş müşaviri: "Zelenski bizi dünya oyunundan kənarlaşdırdı"

Kuçmanın keçmiş müşaviri: "Zelenski bizi dünya oyunundan kənarlaşdırdı"
15:26

"Ölkənin hazırkı prezidenti Vladimir Zelenskinin davranışları ucbatından Ukrayna dünya oyunundan tamamilə kənarlaşdırılıb". Bu barədə keçmiş prezident Leonid Kuçmanın müşaviri işləmiş Oleq Soskin özünün YouTube kanalında bildirib.

“Ukrayna artıq heç kim üçün maraqlı deyil. Zelenski və müttəfiqləri üç il ərzində elə işlər görüblər ki, Ukrayna demək olar ki, dünya oyunundan tamamilə kənarlaşdırılıb”, - o, gileylənib.

Soskin qeyd edib ki, indiki ağırlaşan şəraitdə ABŞ-nin yeni prezidenti Donald Trampın problemi normal şəkildə həl etməsi demək olar ki, mümkünsüz bir iş olacaq. ABŞ-nin gələcək lideri Ukraynanın rifahı naminə öz maraqlarını riskə atmayacaq.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Tural


Youtube kanalımız

Oxşar xəbərlər