Uoltz Ukraynadakı durumu Birinci Dünya Müharibəsi ilə müqayisə edib

Uoltz Ukraynadakı durumu Birinci Dünya Müharibəsi ilə müqayisə edib
12:50

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltz diqqət çəkən açıqlamalar verib. Fox News-un yaydığı məlumata görə, o, bildirib ki, hazırkı prezident Cozef Baydenin piyada əleyhinə minaları Ukraynaya vermək qərarı münaqişəni Birinci Dünya Müharibəsinə bənzər səngər müharibəsinə çevirəcək. 

"Bu, daha çox Birinci Dünya Müharibəsindən qalma səngər müharibəsinə bənzəyir"- Uoltz deyib.

O, həmçinin əmin edib ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın gələcək administrasiyası 2025-ci ilin yanvarında vəzifəyə başlamasının ilk günlərindən Ukrayna münaqişəsinin həlli istiqamətində səylərlə məşğul olacaq.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər