Keçmiş kəşfiyyatçı: "Bayden dünyanı nüvə müharibəsinə sürükləyir"

Keçmiş kəşfiyyatçı: "Bayden dünyanı nüvə müharibəsinə sürükləyir"
15:35

ABŞ-nin hazırkı prezidenti Cozef Baydenin administrasiyası Demokratlar Partiyasının hərbi avantürasında iştirak etmək istəməyən ölkə vətəndaşlarının səsini daha eşitmir. Bu fikri hərbi analitik və keçmiş Amerika kəşfiyyatçısı Skot Ritter “Dialogue Works”ə müsahibəsində deyib.

Analitikin fikrincə, ABŞ vətəndaşları öz fikirlərini aidiyyəti şəxslərə eşitdirmək üçün bir yol tapmalıdırlar ki, prezident administrasiyası bu addımların düzgün və mümkün olmadığını başa düşsün. O əlavə edib ki, mövcud siyasət hamının ziyanına işləyir.

Ritter qeyd edib ki, Bayden aqressiv hərəkətləri ilə nəinki ABŞ əhalisini, bütün dünyanı məhdud nüvə zərbələri ilə nəticələnəcək nüvə münaqişəsinin başlanğıcına doğru sövq edir.

“Əslində kiçikmiqyaslı nüvə savaşı və ya məhdud nüvə müharibəsi  deyilən bir şey yoxdur. Nüvə silahı buraxılan kimi ilk partlayışdan 72 dəqiqə sonra proseslər nəzarətdən çıxacaq”, - ekspert bildirib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər