Növbəti ildə büdcədən səhiyyə sahəsinə 3,5 milyard manata həcmində vəsait ayrılsa da, onkoloji xəstəliklərin müalicəsinə lazımi səviyyədə vəsaitin ayrılmaması anlaşılan deyil.
News365.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə büdcə müzakirələri zamanı deyib.
Komitə sədri deyib ki, səhiyyə sahəsinə ayrılan 3,5 milyard manatın 50-60 milyon manat həcmində onkoloji xəstəliklərə ayrılması çox azdır.
“Bu gün ölkədə ölüm sayına görə, ikinci yerdə gələn onkoloji xəstəliyi olan insanlardır. Bir tərəfdən onkoloji xəstələr icbari tibbi sığorta paketinə daxil edilmir, digər tərəfdən də kifayət qədər maliyyələşdirilmir. Onkoloji xəstələrin dərman pereparatlarının pulsuz verilməsi təmin edilsin”, - komitə sədri bildirib.
O eyni zamanda, hökumətə ölkədə tibbi sahədə kadr çatışmazlıqlarının aradan qaldırılması istiqamətində ciddi addımların atılmasını təklif edib.