"Ukrayna Silahlı Qüvvələrinin (VSU) əsgərlərinin Rusiyanın xeyrinə olaraq ölkəlnin bir sıra ərazilərini tərk etməyə hazır olması demotivasiya və döyüş əməliyyatlarını davam etdirmək istəməməsi ilə əlaqələndirilir". Bu barədə Lenta.ru-ya müsahibəsində Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Aleksey Çepa bildirib.
O, hazırda Ukrayna Silahlı Qüvvələrinin 25%-ni müqaviləli əsgər, 75%-ni isə səfərbərlikdən olan insanlardan təşkil eddildiyini əks etdirən statistik məlumatlara istinad edib. Deputat qeyd edib ki, onların əksəriyyəti orduya məcbur cəlb edilib.
"Onlar, ilk fürsətdə ordudan qaçanlar fərarilik tüğyan edən silahlı qüvvələrindən nə gözləmək istəyirlər", -Çepa deyib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural