XİN-dən Türkiyənin Milli Birlik Günü ilə bağlı paylaşım

XİN-dən Türkiyənin Milli Birlik Günü ilə bağlı paylaşım
10:27

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin 15 iyul - Demokratiya və Milli Birlik Günü münasibətilə paylaşım edib.

News365.az xəbər verir ki, paylaşımda deyilir:

"15 iyul 2016-cı il - qardaş Türkiyə xalqının dövlətçiliyini və milli iradəsini qətiyyətlə qoruduğu şanlı bir tarixdir. Bu gündə dövlət çevrilişi cəhdinin qarşısını alarkən canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini dərin ehtiram və minnətdarlıqla anırıq. Qəhrəman Türk xalqının birliyi və iradəsi sayəsində yazılan bu dastan sülhə, sabitliyə və ortaq dəyərlərin qorunmasına verilən töhfədir. Demokratiya və Milli Birlik Gününüz mübarək, əziz Türkiyə".


Sizin reklam burada
Sizin reklam burada