Bakıda su bəzi hallarda hara gəldi
axıdılır. Bununla bağlı redaksiyamıza daha bir məlumat daxil olub.
Tanınmış jurnalist Rasim İsmayılov News365.az
-a məlumat verib ki,Xətai rayonunda, Əhmədli massivinin Sarayevo küçəsi 13
ünvanda yerləşən binanın həyətində su xətti partlayıb və nəzarətsiz şəkildə ətrafa
axır.
Jurnalist daha sonra bunları deyib:
“Bir neçə saatdır su beləcə axır. İçməli sudur. Əhmədlidə bütün yaşıllıq
zolaqları içməli su ilə suvarılır.
Ümumiyyətlə
elə bil Əhmədli Azərbaycan deyil. 26 ildə ağac qalmadı, küçə qalmadı, səki
qalmadı, həyət qalmadı satıldı.
Amma Xətai Raton İcra Hakimiyəti var, Xətai Bələdiyyəsi var, Xətai rayon yaşılladırma idarəsi də var. Amma iş görmək üçün yox. Bəs nə üçün???”