News365.az xəbər verir ki, aparılan araşdırmalar yaddaşımızın düşündüyümüz qədər etibarlı olmadığını göstərib. Mütəxəssislərin araşdırmalarına görə, bir il əvvəl danışdığımız xatirəni bu gün yenidən danışdıqda onun 39%-i ilə uyğunsuzluq yaranır.
Bu o deməkdir ki, zaman keçdikcə yaddaşımızın müəyyən hissəsi itir və yerini beynimizin yaratdığı uydurma detallarla doldururuq. Maraqlıdır ki, bu dəyişdirilmiş xatirəni biz mütləq həqiqət kimi qəbul edir və ona tam inanırıq.
Mütəxəssislər bildirir ki, illər əvvəl yaşadığımız və xatırladığımız bir hadisə əslində tamamilə fərqli formada baş vermiş ola bilər. Hətta o dövrdə bizi xoşbəxt edən bir anın indi fərqli təfərrüatlarla pis bir hadisəyə çevrilməsi və ya əksinə, keçmişdə yaşanan çətinliklərin indi daha müsbət görünməsi mümkündür.
Bu fenomen, beynimizin yaddaşı necə idarə etdiyini və xatirələri formalaşdırarkən bizim üçün yeni "həqiqətlər" yaratdığını göstərir. Mütəxəssislər yaddaşın zamanla dəyişməsinin insan psixologiyasına təsirlərini daha dərindən araşdırmağa davam edirlər.