ABŞ-də yetkinlik yaşına çatmayan qızları hədəf alan şəbəkə qurmaqda ittiham olunan və həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynlə əlaqədə şübhəli bilinən model agenti və fotoqrafı Daniel Siad Fransadakı evində ölü tapılıb.
69 yaşlı Siadın ölüm səbəbi məlum deyil.
Məlumata görə, o, Epşteyn üçün cinsi istismar məqsədilə qızların seçilməsində şübhəli bilinir. Bildirilib ki, Siadın adına Epşteyn sənədlərində 2000 dəfədən çox rast gəlinib.
Həmçinin Epşteynin qurbanı olan bir qadın onu amerikalı maliyyəçi ilə məhz Siadın tanış etdiyini deyib.
Müəmmalı ölüm faktı ilə bağlı istintaq başladılıb.
Qeyd edək ki, C.Epşteyn 2019-cu ildə Nyu-Yorkda həbsxana kamerasında ölü tapılıb. O, yetkinlik yaşına çatmayan onlarla qıza qarşı cinsi istismar və insan alveri şəbəkəsi yaratmaqda ittiham olunmuşdu. İş üzrə aparılan araşdırmalar illərdir geniş ictimai və siyasi rezonans doğurmaqda davam edir.\\qafqazinfo.az