Ötən gecə Antalyada 3,5 bal gücündə zəlzələ baş verib
News365.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) Antalya vilayətinin Korkuteli rayonunda 3,5 bal gücündə zəlzələnin qeydə alındığını açıqlayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 21:40-da baş verib. Zəlzələnin ocağı 98,77 kilometr dərinlikdə yerləşib.