Mertslə Paşinyan Cənubi Qafqazdakı sülh prosesini müzakirə etdilər

Mertslə Paşinyan Cənubi Qafqazdakı sülh prosesini müzakirə etdilər
20:36

Almaniya Kansleri Fridrix Merts Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.

News365.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius bildirib.

Liderlər Ermənistanla Azərbaycan arasındakı sülh prosesini, eləcə də Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Merts və Paşinyan Yaxın Şərqdəki mövcud vəziyyət, Ukraynadakı münaqişə və onların Cənubi Qafqaz regionuna təsiri barədə fikir mübadiləsi aparıblar.

"Almaniya Kansleri Ermənistan və Azərbaycan arasındakı sülh prosesində gələcək addımlara çağırıb və onun regional sabitlik üçün vacibliyini vurğulayıb", - Ş.Kornelius qeyd edib.

O, əlavə edib ki, tərəflər həmçinin Almaniya və Ermənistan arasında ikitərəfli münasibətlərin genişləndirilməsi, eləcə də Ermənistanın Avropa İttifaqı ilə əlaqələrinin daha da inkişafı perspektivlərini müzakirə ediblər.


Sizin reklam burada
Sizin reklam burada